Lorem ipsum dolor sit amet

Lazımi Sənədlər

Türkiyə dövlət universitetlərinə qəbul olmaq üçün lazimi sənədlər.Siz də Jamal Group şirkətinin dəstəyi ilə Türkiyə dövlət universitetlərinə qəbul olmaq istəyirsiniz? Elə isə bakalavr təhsili üçün aşağıdakı sənədləri toplayıb bizə müraciət edin.

  • Xarici pasport :  Əgər xarici pasportunuzu almamısınızsa şəxsiyyət vəsiqəsi ilə yaxınlaşa bilərsiniz ama unutmayın ki,xarici pasport və xarici pasportun türk dilinə tərcümə təsdiqi mütləqdir.
  • Attestat : Əgər siz Attestatınızı hələ almamısınızsa və ya 11-ci sinifdə oxuyursunuzsa ,elə isə Attestat əvəzinə  məktəbdən aldığınız arayış ilə müraciət edə bilərsiniz.Unutmayın ki,Attestat  və  türk dilinə tərcümə təsdiqi mütləqdir.
  • Transkript : Bu  formanı jamalgroup.az saytından yükləyib, məktəb direktoruna saytda yazılan qaydada doldurtmalısınız.Forma mütləq saytımızdakı  yazılan qaydada doldurulmalıdır. 
  • Denklik Belgesi : Attestatınızı Bakı Türkiye Eğitim Müşavirliyinə təqdim etməklə əldə edə bilərsiz.(Ünvan : Alibey Hüseyinzade Küç. 77, Nizami met. yaxınlığı)
  • Fotoşəkil : 8 ədəd (4,5×6) ölçüdə
  • Muvafakatname : Əgər 18 yaşınız tamam olmayıbsa ölkədən çıxış üçün valideyinlərin razılıq ərizəsini natariusdan almalısınız.
  • Sponsorluq Kağızı : ( Hər hansısa bir şəxs oxuyacağınız müddət ərzində bütün təhsil xərclərinizi qarşılayacağına dair natariusda ərizə verməlidir bu ata ana və ya başqa bir şəxs ola bilər. Bu sənəd bəzi hallarda  lazım olur,ehtiyac olsa mütəxəsislərimiz sizə bildirəcəklər)

DİQQƏT: Sənədləri (əsasəndə TRANSCRİPT) hazırladıqdan sonra WhatSapp vasitəsi ilə bizə yollayın ,biz bütün sənədlərin doğruluğunu təstiq etdikdən sonra ofisə yaxınlaşın.

Əgər siz Bakalavr yox Magisturatura təhsili almaq istəyirsinizsə Attestat və Transcript əvəzinə sadəcə Diplom və Diplom əlavəsi ilə müraciət edəcəksiniz… Əgər hələ oxuduğunuz universitetdən diplom almamısınızsa universitetdən arayış və son 8 smestirin və ya son 7 smestrin qiymət çıxarışı ilə  müraciət edə bilərsiniz.

Ətraflı Məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlayın

Mobil & Whatsapp :  + 994 55 226 24 85

Telefon:       +994 12 492 07 92