Lorem ipsum dolor sit amet

Yataqxana və Evlər

Türkiyədə yataqxana qiymətləri?

Türkiyədə yataqxanalar dövlət  və özəl yataqxanalar olmaqla iki hissəyə ayrılır.Dövlət Yataqxanaları bunlara KYK Yurtları da deyilir və http://yurtkur.gsb.gov.tr/ adresindən  online müraciət ilə qeydiyyat aparılır,bu yataqxanalarda gündə 3 dəfə yemək,yaşam və digər xidmətlər də daxil olmaqla aylıq ödənişləri 200 TI-dən başlayır.Çox təəsüflər olsunki dövlət yurtlarında xarici vətəndaşlar üçün boş yerlər əksər hallarda olmur və ya 2-3 ay sonrası üçün növbədə gözləməli olursuz.Buna görədə şirkətimiz gedən tələbələrə evlər və ya özəl yataqxanalar təklif edir.Yataqxanaların və evlərin qiyməti orta hesabla aylıq 150 dollardan başlayır, bu qiymət sizin seçəcəyiniz evin şəraitindən, universitetlə arasındakı məsafədən və seçdiyiniz şəhərdən asılı olaraq dəyişir. 4 nəfər tələbə üçün 2 otaq 1 salon evi 800 TL dəyərində kirayələmək mümkündür.

Türkiyəyə getmək üçün  yol xərcləri nə qədərdir?

Türkiyə  dövlət universitetlərinə qəbul olduqdan sonra qəbul olduğunuz universitetin yerləşdiyi şəhərə getmək üçün iki yolunuz var: Avtobusla təxminən 40 saat və 60-70 dollar,Samalyot ilə ortalama 6-8 saat və 150-200 dollar.Əksər hallarda biz Jamal Group olaraq tələbələrimizlə eyni vaxtda birlikdə öz nəzarətimiz altında avtobus ilə gedirik.